Google etibarlı şifrə yaratmağa kömək edəcək
Məşhur internet brauzeri Google Chrome yeni funksiya ilə şifrələrin təhlükəsizliyi və idarə olunmasını asanlaşdıracaq. Google təhlükəsizliyi artırmaq məqsədilə Chrome 88 ilə yeni şifrə xüsusiyyətləri əldə edib.
Bu funksiya güclü parollar yaratmağa və yeni hesab açarkən onları saxlamağa kömək edir. Yeniləmənin iOS və ya veb istifadəçiləri üçün tezliklə aktivləşdiriləcəyi gözlənilir. Yenilik nəticəsində Chrome profil ikonasının altındakı düyməni vurduqda parol menecerinə yönəldiləcəksiniz. Bununla yanaşı, Chrome artıq təhlükəli və ya zəif parolları dəyişdirməyiniz barədə sizi xəbərdar edəcək.
Həmçinin Chrome-da "parolları yoxla" bölməsindəki "parolu dəyişdir" bağlantısına vuraraq müvafiq veb-sayta daxil ola və giriş məlumatlarını düzəldə bilərsiniz. Bununla yanaşı, Google uzun müddət dəyişdirmədiyiniz köhnə şifrələri yoxlayacaq və yenisi üçün sizə güclü parol təklif edəcək.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










