Google istifadəçilərin xəbərləri olmadan onların danışıqlarını dinlədiyini etiraf edib

India Today nəşriyyatının verdiyi məlumata əsasən Google təmsilçiləri şirkət əməkdaşlarının istifadəçilər ilə Google Assistant səsli köməkçisi arasında olan danışıqları dinlədiklərini Hindistan hökumətinə etiraf ediblər. Bundan əlavə olaraq son zamanlarda Google Assistant kortəbii olaraq danışıqların yazılması funksiyasını aktivləşdirir. Məlumata əsasən Google şirkəti Hindistanın İnformasiya Texnologiyaları üzrə Parlament Komitəsinə bildirib ki, “Okay, Google” əmrindən sonra şirkət əməkdaşları istifadəçilər ilə səsli köməkçi arasında olan bəzi danışıqları dinləyirlər.
Faktiki olaraq bu, yeni bir xəbər deyil. Belə ki, 2019-cu ildə şirkət etiraf etmişdi ki, o, danışıqların 0.2%-ni dinləyir. Lakin həmin vaxtda şirkət bildirmişdi ki, o bunu servisin təkmilləşdirilməsi üçün edir və şirkət əməkdaşları danışıqların konfidensial məlumatları özündə əks etdirməyən az hissəsini dinləyirlər. Buna baxmayraq hansı məlumatın konfidensiallıq xarakteri daşıdığını təyin etməyi bacarın üsul barsində məlumat verilmir.
Google daha bir maraqlı faktı da etiraf edib. Smartfonda və smart səsgücləndiricilərdə səsli köməkçi hətta istifadəçinin “Okay, Google” əmri olmadan da ətraf səsləri yaza bilir. Şirkət bildirib ki, bu, səsli köməkçinin əmrə bənzəyən hər hansısa bir sözü eşitdiyi zaman baş verir. Belə bir hal yaşandığı zaman istifadəçiyə “Hey Google, that wasn’t for you” cümləsini istifadə etmək məsləhət görülür. Bu halda səsli köməkçi son yazılmış danışığı siləcək./technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











