Google Play servisləri istifadəçiləri izləməyi dayandıracaqlar

Google şirkəti kontekst reklam elanlarının göstərilməsi üçün istifadə olunan istifadəçi identifikatorlarının çalışmaları siyasətini yenidən gözdən keçirtməyi qərara alıb. Beləliklə yaxın zamanda Android cihazlarının istifadəçiləri personallaşdırılmış reklam elanlarlarından əlavə olaraq Google Play servislərinin çalışmalarında istifadə olunan analitika üçün istifadəçi məlumatlarının yığılmasından da imtina edə biləcəklər. Google şirkəti standart olaraq hər bir cihaz üçün unikal identifikator generasiya edir və həmin identifikator istifadəçi hesabına qoşulur. Bu isə öz növbəsində Google şirkətinə kontekst reklam elanlarının göstərilməsində yardımçı olur.

Bundan əlavə olaraq generasiya edilmiş identifikator servislərin çalışması üçün aparılan analitikada və bəzi hallarda istifadəçi hesabları ilə baş verən dələduzluq sistemlərinin qarşısının alınmasında istifadə olunur. Beləliklə Google şirkəti elan edib ki, əgər istifadəçi personallaşdırılmış reklam elanlarının göstərilməsindən imtina etsə, o, istifadəçi hesabına qoşulu olan identifikatoru izləməyəcək. Personallaşdırılmış reklam elanlarının göstərilməsi imkanını indi də deaktiv etmək mümkündür. Bunun üçün smartfonun ayarlarında Google bölməsinə daxil olmaq lazımdır. Google bölməsinə daxil olandan sonra Ads hissəsinə daxil olub personallaşdırılmış reklam elanlarının göstərilməsini deaktiv etmək lazımdır
Lakin qeyd etmək lazımdır ki, bu proses identifikatorun özünün silinməsinə gətirib çıxartmır. Buna baxmayaraq yaxın gələcəkdə istifadəçilər artıq bu cür identifikatorların istifadəsindən tamamilə imtina edə biləcəklər. Google şirkətinin bu yeni siyasəti Android 12 üçün bu ilin sonundan başlayaraq tədricən inteqrasiya ediləcək. 2022-ci ilin əvvəlindən başlayaraq isə o, Google Play dəstəyinə sahib cihazlarda çalışan tətbiqlərə də şamil olunacaq. Yeni qaydalar qüvvəyə minəndən sonra reklam identifikatorlarının nömrələri sıfırlardan ibarət sətr ilə əvəz olunacaqlar. Google Play servisləri isə bu barədə məlumatı digər tətbiqlərə ötürəcəklər./milli.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











