“Google Play”də 8 təhlükəli mobil proqram aşkar edilib

“Google Play”də istifadəçilərin bank məlumatlarını oğurlaya və ya ikimərhələli eyniləşdirməni keçə bilən ən azı 8 təhlükəli mobil proqram aşkar edilib. “Forbes” jurnalının mütəxəssisi Zak Dofman bu mobil proqramları dərhal telefondan silməyə və bank hesablarını yoxlamağa çağırıb.
Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər bildiriblər ki, “Play Store” mobil proqramlar mağazasının mütəxəssisləri hakerlər tərəfindən müdaxilənin qarşısını bütün mümkün üsullarla almağa çalışırlar, lakin hakerlərin həmişə bir addım irəlidə olması kimi təsəvvür yaranır.
İstifadəçinin “ağıllı” telefonuna istənilən zərərli proqram təminatını yükləyə bilən “Clast82” adlı troyan yeni təhlükə mənbəyidir.
Nüfuzlu “Forbes” nəşri “Google Play Store” mobil proqramlar mağazasında “Clast82” troyan virusu ilə olan zərərli proqramların siyahısını dərc edib:
Cake VPN (com.lazycoder.cakevpns)
Pacific VPN (com.protectvpn.freeapp)
eVPN (com.abcd.evpnfree)
BeatPlayer (com.crrl.beatplayers)
QR/Barcode Scanner MAX (com.bezrukd.qrcodebarcode)
Music Player (com.revosleap.samplemusicplayers)
tooltipnatorlibrary (com.mistergrizzlys.docscanpro)
QRecorder (com.record.callvoicerecorder)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










