Hackerlər milyardlarla istifadəçi mesajını əldə ediblər

Dünyanın ən böyük telekommunikasiya operatorlarından biri olan Syniverse şirkəti özünə qarşı olmuş böyük kiberhücum barəsində xəbər verib. Baş vermiş hadisənin yarada biləcəyi problemlər düşünüldüyündən daha ciddi ola bilərlər. Belə ki, sözügedən kiberhücum nəticəsində olmuş məlumat sızıntısı artıq tarixin ən böyük məlumat sızıntısı statusunu əldə edib. Syniverse təmsilçiləri bildiriblər ki, kimliyi bilinməyən hacker şirkətin məlumatlar bazasını əldə edə bilib. Həmin məlumatlar bazasında isə şirkətin 235 müştərisinin məlumatı yer alıb. Həmin müştərilər arasında AT&T, Verizon, T-Mobile və s. şirkətlər var. Bu şirkətlər il ərzində 740 milyarddan çox mətnli mesajı emal edirlər.
Syniverse şirkəti məlumat sızıntısının miqyası barəsində məlumat verməsə də bir və ya bir neçə hackerin bütün dünya üzrə milyonlarla və hətta milyardlarla istifadəçinin yazışmalarını əldə etdiyi ehtimal olunur. Güman olunur ki, hackerlər istənilən növ metaməlumatların analizini aparmaq qabiliyyətinə sahibdirlər. Bura edilmiş zənglərin davamlıqları və qiymətləri, mesajlar, telefon nömrələri, istifadəçilərin yerləşdikləri yerlər və mətnli mesajlar da daxildirlər. Bununla yanaşı Syniverse şirkətinin serverlərində həmçinin yazılı olan zənglər, videozənglər və digər konfidensial məlumatlar da olmuş ola bilərlər.
Çox güman ki, bu kiberhücum end-to-end şifrələnmə funksiyasına sahib kənar messencerləri əhatə etməyib. Maraqlısı ondadır ki, hackerlər uzun illərdir ki, Syniverse şirkətinin serverlərinə daxil olma imkanına sahib olublar. 2016-cı ilin may ayından 2021-ci ilin may ayına kimi. Lakin bunu heç kim aşkar edə bilməyib. Baş vermiş kiberhücumun miqyası hələ tam şəkildə təyin edilməyib. Lakin potensial olaraq hackerlər Google, Microsoft, Twitter, Facebook və digər platformalardakı istifadəçi hesablarına girişləri də əldə etmiş ola bilərlər. ///technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











