Hava hücumlarını dəf edəcək lazer silahları hazırlanır

Amerikanın “Lockheed Martin” kompaniyası hava hücumlarını dəf edəcək lazer silahları üzərində çalışır.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, “Lockheed Martin” kompaniyasının vitse-prezidenti Maykl Uilyamson bu barədə Londonda keçirilən “Farnborough 2024” beynəlxalq aviaşousu zamanı “Politico” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, kompaniya gələcəkdə hava hücumlarını dəf etmək üçün lazer şüasını 100 kilometrdən çox proyeksiya etməyə imkan verəcək silah hazırlayacaq. Lazer silahına tələbatın getdikcə artdığı qeyd edən Maykl Uilyamson baha başa gələn hava hücumundan müdafiə sistemlərinin dronları məhv etmək üçün səmərəli olmadığını vurğulayıb.
Qeyd edək ki, iyulun 22-də Böyük Britaniya Müdafiə Nazirliyi “Wolfhound” zirehli döyüş maşınının bazasında hazırlana lazer silahının ilk sınaqlarını həyata keçirib. “Porton-Daun” poliqonunda keçirilən sınaqlar zamanı lazer silahı bir kilometr uzaqlıqdakı hədəfləri zərərsizləşdirə bilib. Həmin silahın ilk növbədə pilotsuz uçuş aparatlarına qarşı istifadə olunacağı planlaşdırılır.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










