Həm yerdə, həm də HAVADA: Unikal elektromobil yaradıldı

Çinin Cənub-Şərqi Universitetinin tədqiqat qrupu Jianqsu əyalətində ölkədə ilk dəfə olaraq dörd koaksial pərlə təchiz edilmiş aeroelektromobil hazırlayıb və təqdim edib.
Avtosfer.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, ənənəvi şaquli qalxış və eniş edən elektrik aerotaksilərindən fərqli olaraq, "Southeast University” tərəfindən hazırlanmış "Kunpeng No.1” adlı bu cihaz yerüstü mobilliyi və havada hərəkət imkanlarını özündə birləşdirən inteqrasiya olunmuş yer-hava nəqliyyat vasitəsi kimi dizayn edilib.
Bildirilib ki, maksimal qalxma çəkisi 500 kiloqram olan bu nəqliyyat vasitəsi ən azı 20 dəqiqə uçuş həyata keçirə və 300 metr yüksəkliyə çata bilir. Yerüstü rejimdə isə onun maksimal sürəti saatda 60 kilometrdir. Hazırda cihaz yüksək tutumlu batareya ilə çalışır.
Tədqiqat qrupu, növbəti nəsil uçan avtomobillərdə uçuş müddətini iki saatdan çox artırmaq üçün işlərini davam etdirir.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...











