Heyrətə salan texnoloji YENİLİKLƏR – Gizli görüşlər üzə çıxır

Texnologiya hər keçən gün insancaları təəccübləndirməyə davam edir.
Gəlin bu il dünyada baş verən yeniliklərlə birlikdə tanış olaq.
Kosmosda otel tikiləcək.
“Orbital Assembly Corporation” şirkətinin hazırladığı ilk kosmik otelin layihəsi haqqında yeni məlumatlar yayılıb. Belə ki, 2025-ci ildə inşasına başlanacaq olan otelə “Voyager Station” adı veriləcək. Plana əsasən otelin 2027-ci ilə qədər hazırlanıb ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Sözü gedən otel kapsullardan ibarət halqa formasında olacaq. Otelin daxilində bir kino teatr, restoran, spa salonu və idman zalı yerləşəcək. Hotelin ümumi müştəri sayı isə 400- nəfərə qədər olacağı planlaşdırılır. Şirkət kosmik otelin inşasının və orda bir gecə qalmağın hansı qiymətə başa gələcəyi barəsində məlumat verməyib.
“Xiaomi”də avtomobil istehsal edəcək.
Mobil telefon istehsalı ilə dünyada tanınan Xiaomi şirkəti artıq avtomobil istehsal etməyə hazırlaşır. Bu barədə “Gizmochine” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, xiaomi şirkəti fərdi avtomobil istehsalını nəzərdən keçirir və bunu yeni strateji qərar kimi görür. Şirkətin daxili planları ilə yaxından maraqlanan mənbələr qeyd ediblər ki, sözügedən layihəyə şirkətin təsisçisi və direktoru olan Lei Jun özü rəhbərlik edəcək.
Yüksək tranzit avtobuslar
Çin nəqliyyat Agentliyinin kəşf etdiyi bu avtobuslar yollardakı tıxaclara maraqlı bir həll yolu tapıb. Avtomobillərin altından keçə biləcəyi
uzunluğu 22 eni isə 7 metr olan bu avtobus 300 nəfərlik sərnişin tutumuna malikdir. Avtobuslar istifadəyə verildikdən sonra Çinin 5 böyük şəhəri avtobuslardan istifadə etmək üçün müqavilə imzalayıb.
Kamera monitorinq şəbəkəsi
Çinin istehsal etdiyi bu kamera növünə dünyada ikinci bir rəqib tapılmır. Dünyanın ən yaxşı kamerası olan kamera monitorinq şəbəkəsi Kameraya yerləşdirilmiş xüsusi üztanıma sistemi sayəsində axtarışda olan insanları bir neçə dəqiqə içərisində aşkar edir.
Bu kameralar şəxslərin nəyinki şəxsiyyət vəsiqəsini tanıyır hətta həmin adamın sosial şəbəkə hesabını belə müəyyən edə bilir. Heyrətləndirici olsa da, kamera insanların gün boyu ünsiyyətdə olduğu şəxsləri də müəyyən edə bilir.
lent.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











