“Huawei” tədarükçülərinə qarşı yeni sanksiyalar tətbiq edilib

ABŞ Prezidenti Cozef Bayden administrasiyası Çinin "Huawei" şirkətinin əsas tədarükçülərinə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyaların sərtləşdirilməsi tərəfdaşlara Çin istehsalçısını mobil qurğular üçün komponent hissələri ilə təmin etməyə imkan verən əvvəlki lisenziyaların şərtlərinin dəyişdirilməsini nəzərdə tutur. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
ABŞ Ticarət Nazirliyi informasiyanın məxfiliyini əsas gətirərək məsələyə münasibət bildirməkdən imtina edib.
Bildirilir ki, "Huawei" şirkəti casusluq və Çinin xüsusi xidmət orqanları ilə əlaqənin olması şübhəsi ilə 2019-cu ilin mayından ABŞ sanksiyaları altındadır. Bu il qadağanedici tədbirlər səbəbindən şirkət smartfonların istehsal həcmini təxminən 2 dəfə azalda bilər. Bundan başqa, guya "P" və "Mate" adlı premium brendlərin mümkün satışı müzakirə olunur. "Huawei" bu planları rəsmən təkzib edir.
ABŞ ixrac nəzarəti qaydalarına görə, ABŞ texnologiyalarının cəlb edilməsi ilə hazırlanan məhsul "Huawei" şirkətinə yalnız xüsusi lisenziyanın mövcudluğu halında tədarük edilə bilər. Məlumata görə, yanvarda ABŞ Ticarət Nazirliyi "Huawei" tərəfdaşlarına nominal dəyəri 119 milyard dollar təşkil edən 116 ixrac lisenziyasının verilməsindən imtina edərək yalnız 20 milyon dollar məbləğində olan dörd lisenziyanı təsdiq edib. Əsasən yaddaş modulu, mobil qurğular və şəbəkə avadanlığının tədarükü ilə əlaqədar müraciətlər rədd edilib.
Ötən həftə əvvəllər verilmiş lisenziyaların şərtləri sərtləşdirilib. Məsələn, yaddaş mikrosxemlərinin maksimal sıxlığı 6 giqabitlə məhdudlaşdırılıb. Bundan əlavə, ixracdan əvvəl "Huawei" və onun tərəfdaşları ABŞ hakimiyyətinin sorğusu əsasında detalların planını tərtib etməli, eləcə də inventarlaşdırma qeydlərini təqdim etməlidirlər.
Agentliyin məlumatına görə, yanvarda ümumi dəyəri 296 milyard dollara bərabər 300-ə yaxın müraciət baxılmasını gözləyib. Nə qədər müraciətin təsdiq edilməsi barədə məlumat verilmir./"ICTnews"
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











