“Hyundai” mühafizəçilər yerinə robotlardan istifadə edir - VİDEO

Texnologiya 20 Sentyabr 2021 21:01 Oxunub 854
“Hyundai” mühafizəçilər yerinə robotlardan istifadə edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Boston Dynamics” və “Hyundai” Cənubi Koreyada fəaliyyət göstərən “Kia” avtomobil zavodunda mühafizəçi işləyən “Factory Safety Service Robot” robotunu təqdim edib.

Şirkətlərdən verilən məlumata görə, bu robot sənaye sahələrində təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulub.

“Service Robot” süni zəka, avtonom naviqasiya və uzaqdan idarəetmə texnologiyası ilə təchiz edilib. Robot daxilinə yerləşdirilmiş teplovizor və 3D-lidar vasitəsilə insanları aşkarlaya, temperaturun təhlükəli səviyyəyə çatdığını müəyyən edə, o cümlədən qapıların bağlı olub-olmadığını başa düşə bilir.

“Service Robot – Boston Dynamics ilə ortaq layihəmizdir. Bu android riskləri aşkarlamağa və sənaye müəssisələrində işçilərin təhlükəsizliyini təmin etməyə qadirdir”, – deyə “Hyundai Motor Group” robototexnika laboratoriyasının rəhbəri söyləyib.

“Service Robot” sayəsində zavod işçiləri sənaye sahələrində baş verən hadisələri uzaqdan izləyə bilirlər. Lazım gələrsə, menecerlər müəssisənin lazımi sahələrini diqqətlə yoxlamaq üçün robotun əllə idarə olunması rejiminə keçirlər.

Hal-hazırda “Hyundai” mütəxəssisləri müəssisə mühitində “Service Robot”un səmərəliliyini və imkanlarını araşdırırlar. Təcrübənin uğurla başa çatması ilə avtomobil şirkətinin digər zavodlarında da robotlardan istifadə olunacaq.

“Hyundai” 2020-ci ilin dekabr ayında “Boston Dynamics”i aldığını açıqlamışdı. Onda şirkət 1.1 milyard dollar dəyərində qiymətləndirilmişdi. Cəmi altı ay sonra müqavilə bağlanıb və “Hyundai” şirkətdə 80%-lik pay alın. Avtomobil istehsalçısı gələcəkdə komponentlərin istehsalı, inşaat və avtomatlaşdırma sahələrində robotlardan istifadə etməyi planlaşdırır.

///banker.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh