“Intel” yeni zavodlara 20 milyard dollar yatıracaq

"Intel" şirkəti ABŞ-ın Arizona ştatında iki böyük zavodun tikintisinə 20 milyard dollar investisiya qoyacaq. ABŞ şirkəti kəskin prosessor çatışmazlığı fonunda istehsalı genişləndirmək niyyətindədir.
Yeni müəssisələrin 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, "Intel" Avropada yeni zavodlar açaraq müqavilə əsasında fəaliyyət göstərən iri yarımkeçirici məhsullar istehsalçısı olmaq niyyətindədir. Bunun üçün korporasiya yeni "Intel Foundry Services" bölməsi yaradıb.
Hazırda "Intel" ABŞ-da yerləşən dörd istehsal kompleksinə malikdir. Arizonada gələcəkdə genişləndiriləcək kompleksə əlavə olaraq şirkətin Massaçusets, Nyu-Meksiko və Oreqonada zavodları fəaliyyət göstərir. Şirkət, həmçinin İrlandiya və İsraildə çiplərin istehsalı ilə məşğul olur və Çində zavoda malikdir. (ictnews.az)
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












