“iPhone 13” smartfonunun əsas xüsusiyyəti açıqlanıb

Yeni "Apple" smartfonu daim qoşulu vəziyyətdə olan ekrana malik olacaq. Bu barədə "EverythingApplePro" təxəllüslü blogerin "YouTube" kanalında deyilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, bloger Maks Veynbaxın məlumatına görə, "iPhone 13" seriyalı qurğular həmişə aktiv qalan ekranlarla buraxılacaq. Müəllif izah edib ki, smartfon displeyində daim saat və akkumulyatorun enerji qalığını göstərən indikator göstəriləcək. Bu, istifadəçilərə ekranı aktivləşdirmədən və smartfonu blokdan çıxarmadan dəqiq saatı öyrənməyə imkan verəcək.
Həmçinin bildirilir ki, payıza planlaşdırılan "Apple" smartfonlarına arxa fon bulanıqlığı effektinə malik təkmilləşdirilmiş portret şəklində videoçəkiliş funksiyası əlavə ediləcək. Bundan başqa, qurğulara Ay, ulduz və digər kosmik obyektlərin yüksəkkeyfiyyətli şəkillərini çəkməyə imkan verən yeni rejim quraşdırılacaq.
Məlumata görə, "iPhone 13" seriyalı bütün smartfonlar daha güclü maqnitlərlə təchiz ediləcək. Blogerlərin sözlərinə görə, bu, "MagSafe" enerji standartının səhvsiz işləməsi üçün lazımdır. Bundan əlavə, yeni maqnitlər sayəsində "MagSafe" aksesuarları, məsələn, çexollar smartfonlara daha sıx yapışacaq.
Sorğu məlumatlarının göstərilməsi üçün daim qoşulu ekran funksiyası əksər "Android" smartfonlarında mövcuddur. Məsələn, oxşar funksiyaya (Always-On Display) "Samsung" smartfonları malikdir. 2019-cu ildə daim aktiv ekran funksiyası "Apple Watch 5" saatlarına quraşdırılıb.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










