“iPhone 13” smartfonunun qiyməti məlum olub

Yeni seriyalı “iPhone” smartfonlarının qiyməti ötənilki qabaqcıl “Apple” modelləri səviyyəsində olacaq. Bu barədə “TrendForce” agentliyinin hesabatında deyilir.
Tədqiqat şirkətinin analitiklərinin fikrincə, “Apple” şirkəti payıza planlaşdırılan smartfonların qiymətini “iPhone 12” seriyalı qurğular səviyyəsində saxlamağa hazırlaşır. Belə ki, korporasiya bahalı qurğular bazarında payını qoruyub saxlamaq niyyətindədir. Qabaqcıl smartfonlar üçün bir sıra komponentlərin çatışmazlığı və bahalaşması qiymətqoymaya təsir göstərməyəcək. Bildirilir ki, “Apple” qurğuların istehsalı üçün xərcləri müvafiq servis və aksesuarların satışından gəlirlə kompensasiya edəcək.
Mütəxəssislər qeyd edib ki, “Apple” tərəfindən yeni seriyalı smartfonların adı hələ ki tam müəyyənləşdirilməyib. Blogerlərin məlumatına görə, yeni qabaqcıl modellər seriyası hələlik “iPhone 12 s” adlanır. “TrendForce” agentliyi qeyd edir ki, seriyanın ən ucuz qurğusunun qiyməti 699 dollar, əsas modifikasiyalı qabaqcıl modelin isə 1099 dollar təşkil edəcək.
Hesabatda, həmçinin smartfonların əsas texniki xüsusiyyətləri sadalanıb. Yeni seriyalı smartfonlar “OLED” ekranla təchiz ediləcək. Bununla yanaşı, ən bahalı modellər 120 giqahers yeniləmə tezliyini, “Apple A15” prosessorunu, kiçildilmiş ekran kəsiyini dəstəkləyəcək./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











