“iPhone 14”ün təmir xərcləri nə qədərdir? - ŞOK QİYMƏT

“iFixit” mütəxəssisləri yeni "iPhone 14" və “iPhone 14 Pro Max” smartfonun davamlılığını qiymətləndiriblər.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin şəxsi “YouTube” kanalında yer alan videoda bildirilib.
Mütəxəssislər smartfonun dayanıqlıq dərəcəsinin yoxlanılması üçün “iPhone 14 Pro Max”ı söküblər. Məlum olub ki, “iPhone 14”dən fərqli olaraq bu smartfonda üst flaqmanda cihazın tez təmir olunmasının qarşısını alan köhnə dizayndan istifadə edilib.
Smartfonun ən bahalı elementi isə arxa şüşə panelidir. Həvəskarlar panelin təmir qiymətindən şoka düşüblər. Rəsmi “Apple” xidmət mərkəzlərində onun təmiri 549 dollara (933 manat) başa gəlir. Müqayisə üçün deyə bilərik ki, “iPhone 14 Pro Max”ın öz qiyməti isə 1099 dollardır (təxminən 1868 manat).
Bundan əvvəl isə “iFixit” mütəxəssisləri yeni “iPhone 14”ün davamlılığını da yoxlamışdılar.
Onlar cihazın yüksək texniki xidmət qabiliyyətini yüksək qiymətləndiriblər. Bu smartfonun təmiri üçün ön panelin çıxarılmasına ehtiyacı olmadığı da bildirilib.
lent.az
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










