“iPhone 15” bu il çıxacaq – QİYMƏT
Məlumata görə, “Apple” bu il iPhone 14 deyil, iPhone 15 smartfon modelini buraxacaq.
Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, əvvəlki relizlərə nəzər yetirsək, bu məntiqli görünür. Xatırladaq ki, daha əvvəl şirkət ilk “ayfonun” onilliyinin şərəfinə iPhone 9 yerinə iPhone 10 buraxmışdı. Bu il də vəziyyət oxşardır, belə ki, 2022-ci ildə orijinal cihazın 15 yaşı olur.
Məlumata görə, iPhone 15 smartfonunun xüsusiyyətləri aşağıdakı kimi olacaq:
Displey:
iPhone 15 – 6.1″
iPhone 15 Pro – 6.1″
iPhone 15 Max – 6.7″
iPhone 15 Pro Max – 6.7″
Operativ yaddaş:
iPhone 15 – 4GB
iPhone 15 Pro – 6GB
iPhone 15 Max – 4GB
iPhone 15 Pro Max – 6GB
Əsas kamera:
iPhone 15 – ikili 12Mp + 12Mp
iPhone 15 Pro – üçlü 12Mp + 12Mp + 48Mp + LiDAR
iPhone 15 Max – ikili 12Mp + 12MP
iPhone 15 Pro Max – üçlü 12Mp + 12Mp + 48Mp + LiDAR
Wi-Fi: Wi-Fi 6E
Əməliyyat sistemi: iOS 16
Qiymətlər:
iPhone 15 – $799-dan
iPhone 15 Pro – $1099-dan
iPhone 15 Max – $899-dan
iPhone Pro Max – $1199-dan
Buraxılış tarixi: 2022-ci ilin sentyabrı
iPhone 15-dən nə gözləmək olar?
Əslində, son vaxtlar “Apple” demək olar ki, heç kimin məmnun olmadığı kiçik yeniləmələr buraxır. Getdikcə daha çox insan “Gələn il yeniləyəcəm, bəlkə daha maraqlı bir şey çıxar” bəhanəsi ilə köhnə modelə sadiq qalmağı və bir-iki il gözləməyi üstün tutur.
iPhone 15 smartfonunun yeni funksiyaları
1. Face ID + Touch ID
Hələ pandemiya başlayanda “Apple” iPhone-da Face ID və Touch ID funksiyalarını tətbiq etmək barədə şayiələr olub. Əvvəlcə hər iki texnologiyanı dəstəkləyən ilk cihazın 2021-ci ildə çıxacağı deyilib, lakin sonra buraxılış 2022-2024-cü ilədək təxirə salınıb.
2. Lightning portu
Mütəxəssislərin fikrincə, onun vasitəsilə böyük həcmli faylların köçürülməsini əhəmiyyətli dərəcədə sürətləndirmək mümkün olacaq.
3. Elektron SIM-kart
Ehtimallara görə, ənənəvi SIM-kart yeri smartfondan tamamilə çıxarılacaq və elektron analoqu (e SIM) ilə əvəz olunacaq.
4. Periskopik kamera
Yeni “ayfonlarda” periskop və alqoritmlərdən istifadə ediləcək. Bu, kameranın “zoom” funksiyasının imkanlarını genişləndirmək üçün nəzərdə tutulacaq.