"iPhone"lara tarixin ən böyük yenilənməsi gəlir - SİYAHI

"Apple" tarixinin ən böyük yenilənməsinə hazırlaşır. Artıq "iOS"un yeni versiyasının bəzi xüsusiyyətləri ictimaiyyətə bəlli olub.
Yeni eraya başlanğıc olacaq funksiyalara "Siri"nin daha güclü süni intellekt yeniləməsi əlavə olunub. Belə ki, "Siri" qeydlərdəki riyazi ifadələri qrafiklərə çevirə, qrammatik səhvləri düzəldə biləcək. Bundan başqa səsli qeydləri yazıya çevirə, uzun mesajları və bildirişləri səsli şəkildə xülasə edə, telefondakı hər hansı bir sənədi xülasə edərək "Qeydlər"ə yaza, bir veb saytın xülasəsini çıxara biləcək. "Siri" həmçinin emosional cavablar da verəcək: "bəli", "xeyr" kimi sözlərə daha ətraflı reaksiyalarını əlavə edəcək.
Fotolar - şəkillərdə istəmədiyiniz obyektləri bir toxunuşla silmək olacaq. Qalereyadakı bir neçə şəkli bir şəkildə toplamaq funksiyası əlavə ediləcək. Beləliklə, şəkillər qalereyada çox yer tutmayacaq. Bunun üçün şəkilləri seçdikdən sonra aşağıda çıxan çoxtəbəqəli seçimə toxunmağınız kifayət edəcək.
"Dinamik Ada" – dinlədiyiniz musiqiləri, sizi axtaran şəxsləri və telefonun enerji məlumatlarını ətraflı görə biləcəksiniz. "FaceID" istifadəsi mümkün olacaq. "Dinamik Ada" həmçinin artıq media və fayl daşıma vəzifəsi görür; sənəd işarələyib, məsələn, mesajlar hissəsindən həmin faylı göndərmək istədiyiniz şəxsə göndərə bilərsiniz.
Ekran - əsas ekranı "Android" cihazlarda olduğu kimi bölmək mümkün olacaq.
Tətbiqlər - tez-tez istifadə etdiyiniz tətbiqləri sağa sola sürüşdürərək dəyişdirə biləcəksiniz.
"AirPods" rejimlərini "Tənzimləmələr" bölməsindən deyil, səsartırma hissəsindən dəyişdirmək mümkün olacaq.
Mənbə: oxu.az
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












