İki milyard dollarlıq PUA satışı təsdiqləndi

ABŞ Dövlət Departamenti Qətərə pilotsuz uçuş aparatları və əlaqəli sistemlərin təxminən 2 milyard dollarlıq potensial satışını təsdiqləyib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat verib.
Bəyanatda vurğulanıb ki, Qətər hakimiyyəti əvvəllər ABŞ-dən səkkiz MQ-9B PUA, AGM-114R2 Hellfire II raketləri də daxil olmaqla döyüş sursatları, həmçinin idarəetmə və rabitə də daxil olmaqla müxtəlif sistemlər istəyib.
“Təklif olunan satış dost dövlətin müdafiəsini gücləndirməklə ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq”, – agentlik bildirib.
ABŞ administrasiyası artıq Konqresi silah və texnikanın mümkün satışını təsdiqləmək barədə qərarını xəbərdar edib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












