İki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı

Texnologiya 1 Mart 2021 11:56 Oxunub 896
İki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bərdədə 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi faktı ilə bağlı cinayət işi başlanıb.

Avtosfer.az APA-ya istinadən bildirir ki, faktla bağlı Bərdə Rayon Polis İdarəsindən Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydasının pozulması, iki və daha şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, qəza ötən gecə  rayonunun Samux kəndi ərazisində baş verib.

Bərdə istiqamətdə hərəkətdə olan "VAZ 2106" markalı avtomaşın "Great Wall" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ 2106" markalı avtomobildə olan Dəymədağlı kənd sakini Hüseynov Rəmzi Ələddin oğlu və Şirvanlı kənd sakini Quliyev Elgiz Səxavət oğlu ölüb, "Great Wall" markalı digər minik avtomobilində olan 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızı xəsarət alıb.

Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh