İlk "Apple" kompüterlərindən biri hərracda 400 min dollara satılıb

Çərşənbə axşamı günü 1976-cı ildə istehsal edilmiş 200 ədəd "Apple-1" kompüterindən biri Kaliforniyada keçirilən hərracda 400 min dollara satılıb.
"APA-Economics"in məlumatına görə, bu barədə "Agence France-Presse" (АFP) yazır.
Qeyd olunur ki, bu model kompüterlər 1976-cı ildə "Apple"ın qurucuları Stiv Voznyak və Stiv Cobs tərəfindən şəxsən yığılıb. 200 ədəd "Apple-1"dən 175-i satılıb. Bu günə qədər dünyada 20-yə yaxın kompüterin işlək vəziyyətdə olduğu təxmin edilir. Hərracın veb-saytında sistem blokunun Havay adalarında bitən ağacdan hazırlandığını göstərir. Kompüter 1986-cı ildə istehsal olunmuş "Panasonic" monitoru ilə birlikdə satılıb.
Satışa çıxarılan lot cəmi iki nəfərə məxsus idi. Onun ilk sahibi proqramlaşdırmadan dərs deyən amerikalı professor olub və bu kompüteri 1977-ci ildə tələbələrindən birinə satıb. "O, "Apple-II" alacaqdı və köhnə kompüterini 650 dollara mənə satdı. Təbii ki, heç kim kompüterin hərraca çıxarılacağını düşünmürdü", - kompüterin keçmiş sahibi bildirib.
1976-cı ildə yeni "Apple-1"in qiyməti 666,66 dollar olub. Bu qiymət etiketi həm də Stiv Voznyakın "qəşəng" rəqəmləri sevdiyinə görə təyin olunub.
Lotun dəyərinin 600 min dollara qalxa biləcəyi gözlənilirdi. 2013-cü ildə Almaniyada keçirilən hərracda "Apple-1" kompüteri 671 min dollara, 2014-cü ildə isə sözügedən model kompüter Nyu-Yorkda 905 dollara satılıb.
Xatırladaq ki, "Apple" şirkəti 1 aprel 1976-cı il tarixində təsis olunub. Müəssisəni maliyyələşdirmək üçün onun təsisçiləri Stiv Cobs avtomobilini, Stiv Voznyak isə bahalı kalkulyatorunu satmaq məcburiyyətində qalıb. "Apple-1" – şirkətin ilk kompüteri və geniş istehlakçılar üçün əlçatan olan dünyada ilk fərdi kompüterlərdən biridir. Hazırda baş ofisi Kaliforniyanın Kupertino şəhərində yerləşən korporasiya dünyanın ən böyük şirkətlərindən biridir.
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq








