İlk elektromobilini buraxan “Xiaomi”nin səhmlərinin dəyəri artıb

Çinin smartfon istehsalçısı “Xiaomi” şirkətinin SU7 elektromobilini təqdim etməsindən sonra onun səhmlərinin dəyəri 16 faiz artıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, “Xiaomi” şirkətinin Honkonqda siyahıya alınmış səhmləri 17,34 Honkonq dollarına çatıb ki, bu da 2022-ci ilin yanvarından bəri ən yüksək səviyyədir. SU7 elektromobilinin satışına başladıqdan sonra “Xiaomi” şirkətinin kapitallaşması 7,6 milyard dollar artıb.
Çində elektrikli avtomobil bazarının nə qədər rəqabətli olduğunu göstərmək üçün “Xiaomi” keçən həftə SU7-nin “Tesla”dan təxminən 4000 dollar ucuz olacağını açıqlayıb. SU7-nin baza modeli üçün qiymətləri 215 900 yuandan (29 900 dollar) başlayır.
Şirkət satışa başladıqdan sonra 27 dəqiqə ərzində 50.000-dən çox avtomobil üçün sifariş aldığını bildirib.
Çin Sərnişin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, akkumulyator və hibrid mühərrikli məhsulların tədarükü son vaxtlar Çində satılan yeni avtomobillərin üçdəbirini keçib.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










