İlk uçan maşınının qiyməti AÇIQLANDI

İlk uçan “Xpeng” avtomobilinin buraxılış tarixləri və qiyməti açıqlanıb.
Avtosfer.az bildirir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Nəşrin jurnalistləri AeroHT startapının yaradıcısı Çjao Deliyə istinad ediblər - onun 2013-cü ildən uçan avtomobillərlə məşğul olan şirkəti “Xpeng” tərəfindən dəstəklənir. Mütəxəssisin fikrincə, gələcək “Xpeng” elektromobili 2025-ci ilə qədər kütləvi istehsalda ola və satışa çıxarıla bilər. Uçan avtomobilin qiyməti 140 min dollar və ya 238 min manat ola bilər.
Çjao Deli qeyd edib ki, əgər AeroHT “Xpeng”in Çin daxilində geniş təchizatçılar şəbəkəsinə güvənərsə, münasib qiymətə nail olmaq mümkündür.
Startapın təsisçisi vurğulayıb ki, gələcək avtomobil ümumi istifadədə olan yollarda vaxtın 90 faizini keçəcək - tıxac zamanı avtomobil havaya qaldırıla bilər. Avtomobilin dörd elektrik mühərriki olacaq.
Noyabrın əvvəlində Çinin “XPeng” şirkəti uçan avtomobilin sınaqlarını nümayiş etdirib. (lent.az)
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












