İlon Mask NASA üçün yeni Ay stansiyası inşa ediləcək

Texnologiya 11 Fevral 2021 11:50 Oxunub 968
İlon Mask NASA üçün yeni Ay stansiyası inşa ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəbəkədə NASA-nın Gateway Ay stansiyasının inşası üçün iki kosmik modulu işə salmaq üçün İlon Maskın SpaceX şirkətini podratçı seçdiyi barədə məlumat ortaya çıxıb.  

TED.az Agentliyin rəsmi saytına istinadən xəbər verir ki,  müqavilənin ümumi məbləği 331,8 milyon dollar təşkil edib. 

İki modulun işə salınması 2024-cü ilin may ayına planlaşdırılır, lakin uçuş təxirə salına bilər. Hazırda Falcon Heavy 64 ton yük daşıyan raket olaraq seçilib.

Xatırladaq ki, Gateway adlanan Ay stansiyası Artemis proqramının bir hissəsi olub. NASA bu layihəyə 2019-cu ildən start verib. Proqramın əsas məqsədi Ay səthini öyrənmək və gələcəkdə əldə edilən biliklərdən Marsa insanların uçuşlar üçün istifadə etməkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh