İlon Mask tarixə 300 milyard dollar sərvətı olan ilk insan kimi düşüb

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask tarixdə sərvəti 300 milyard dollara çatan ilk şəxs olub.
Bu barədə “Report” “Forbes Real-Time”sa istinadən xəbər verir.
Məlumata görə, Maskın sərvəti tarixdə rekord məbləğə çatıb. “Tesla”nın qurucusunun sərvəti 7,4 milyard artsa da, hazırda onun sərvəti 6,1% artımla 298,7 milyard dollar qiymətləndirilir.
Maskın sərvəti ötən həftə “Tesla”nın səhmlərinin qiymətlərində davam edən artımla daha da artıb. Bazar ertəsi ticarət zamanı şirkətin qiymətli kağızlarının qiyməti rekord qıraraq 1 154,49 dollara çatıb.
“Tesla”nın səhmləri bazar ertəsi şirkətin "Hertz" ilə distribütor parkına 100 000 elektrik avtomobilinin tədarükü ilə bağlı razılaşma xəbərləri fonunda təxminən 13 % bahalaşıb. Eyni zamanda “Tesla”nın kapitallaşması 1 trilyon dolları ötüb.
“Forbes” oktyabrın 27-də Maskın bəşər tarixinin ən varlı adamı olduğunu açıqlayıb.
Bundan əvvəl “Amazon” şirkətinin qurucusu Ceff Bezosun sərvəti 212 milyard dollara çatanda o, tarixin ən zəngin adamı sayılırdı.
Qeyd edək ki, Amerikanın “Tesla Motors” şirkəti 2003-cü ildə elektrik avtomobilləri və onunla bağlı texnologiyaların istehsalçısı kimi təsis edilib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











