İlon Mask tviter gəlirlərini beş dəfə artırmağı planlaşdırır

Tviter kompaniyasının səhmdarı İlon Mask 6 il ərzində şirkətin gəlirini beş dəfədən çox artırmaq niyyətindədir.
Avtosfer.az xəbər verir ki, bu barədə “The New York Times” investorlar üçün məlumat təqdimatlarına istinadla məlumat yayıb. Məlumatda bildirilib ki, Mask 2028-ci ilə qədər tviterin illik gəlirini 26,4 milyard dollara çatdırmağı planlaşdırır. Ötən il bu rəqəm 5 milyard dollara yaxın olub. Eyni zamanda o, reklam gəlirləri ilə abunələrdən əldə olunan vəsaitlərin nisbətini sonuncunun xeyrinə dəyişmək istəyir. Beləliklə, altı ildən sonra ödənişli abunələrdən əldə olunan gəlir 10 milyard dollara çatmalıdır.
Sahibkar, həmçinin sosial media istifadəçilərinin sayının 2028-ci ilə qədər dörd dəfədən çox artacağını - 2021-ci ilin sonundakı 217 milyon istifadəçidən altı il sonra 931 milyona çatacağını gözləyir. Eyni zamanda, Maskın planlarına görə, onlardan 104 milyonu ödənişli abunəçi olacaq.
TED.az
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...











