İlon Mask Ukraynaya Rusiya tanklarını məhv etmək üçün necə kömək edir? - FOTO

İlon Maskın SpaceX şirkətinin kosmosa göndərdiyi "Starlink" peykləri Ukrayna ordusuna Rusiya tanklarını və digər texnikalarını məhv etməyə kömək edir.
Avtosfer.az-ın məlumatına görə, hərbçilər gecə vaxtı Rusiya nəqliyyat vasitələrini aşkar edə bilən termal görüntüləmə kameraları ilə xüsusi təchiz olunmuş pilotsuz təyyarələrdən istifadə edirlər.
“Əgər gecələr termal görmə dronundan istifadə etsək, dron "Starlink" vasitəsilə topçuya qoşulmalı və hədəf kilidi yaratmalıdır”, - bölük komandiri Yaroslav Qonçar bildirib.
"Starlink" internet sistemi internet və ya elektrik kəsilişləri olsa belə, dron komandalarının işləyə bilməsini təmin edir.
O izah edib ki, gecə düşən kimi Rusiya qoşunları Ukrayna ordusunun atəş açmasından qorxduqları üçün statik vəziyyətdədirlər, ona görə də onlar adi artilleriyanın mülki insanları öldürmək riski ilə üzləşə bilməyəcəyini bilərək, tanklarını kəndlərdə evlər arasında gizlətməyə məcbur olurlar.
Məlumata görə, bölmə gecə reydləri zamanı onlarla “prioritet hədəfləri”, o cümlədən tanklar, şəxsi heyəti, yük və digər maşınları məhv edib.
“Starlink” Ukraynada necə işləyir
“Starlink”in Ukraynada mövcud olması barədə məlumatlar ortaya çıxandan sonra şirkətin tətbiqi “Google Play”də ən çox yüklənən proqram olub. Amma adi vətəndaşın peyk internetinə qoşulması mümkün deyil.
Ukraynaya gətirilən bütün avadanlıq kritik infrastrukturun ehtiyacları üçün istifadə olunur. Və onsuz siz qlobal şəbəkəyə daxil ola bilməzsiniz.
Hazırda “Starlink” dövlət sektoruna, müdafiə şirkətlərinə və həkimlərə xidmət göstərir. İdi bəzi provayderlər də bomba sığınacaqlarında internet təmin etmək üçün avadanlıq almağa başlayırlar.
“Starlink”ə necə qoşulmaq olar?
İnternetə çıxış əldə etmək üçün ilk növbədə lazımi avadanlıq almalısınız.
“Starlink”in rəsmi saytında sifariş verə bilərsiniz. Ancaq başa düşməlisiniz ki, indiki şəraitdə bunun sizə çatdırılması mümkün deyil.


TED.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











