İnsan gözünə bənzər kamera yaradılıb

"Samsung" növbəti nəsil smartfonlar üçün ISOCELL GWB kamera sensorunu hazırladığını elan edib.
İlk ISOCELL görüntü sensoru RGB rəng filtrinə əlavə edilmiş ağ piksellə qurulub. Bunun sayəsində sensorun işığa həssaslığı artıb. “Samsung” nümayəndələrinin sözlərinə görə, Çinin “Tecno Mobile” şirkəti ilə birgə yaradılmış sensor “insan gözünə mümkün qədər yaxındır”.
Yeni məhsulun video təqdimatında qeyd edilir ki, ISOCELL GWB zəif işıq şəraitində fotoşəkillər çəkərkən daha parlaq təsvirlər və daha yaxşı rəng dəqiqliyi təmin edir. Sensorun təsvir ölçüsü 64 meqapikseldir.
Jurnalistlərin versiyasına görə, bu sensor 2022-ci ildə Tecno Mobile smartfonlarında görünə bilər. Həmçinin, yeni ixtira “Samsung” cihazlarına tətbiq olunacaq. Bununla belə, mənbələr hesab edir ki, Koreya brendinin 2022-ci ilin əvvəlində elan olunacaq yeni nəsil smartfonları klassik kamera sensorları alacaq.///lent.az
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...











