İnsanabənzər robotların qiyməti açıqlandı

Texnologiya 25 İyun 2024 20:15 Oxunub 376
İnsanabənzər robotların qiyməti açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İlon Maskın “Tesla” korporasiyasının istehsalı olan “Optimus Gen 2” robotları 10-20 min dollar aralığında satılacaq.

Bu barədə “Tesla” korporasiyası məlumat yayıb.

Qeyd olunur ki, investor görüşü zamanı şirkət rəhbərləri “Optimus Gen 2” robotunun istehsal dəyərinin 10.000 dollar olacağını açıqlayıb.

Korporasiya rəhbəri İlon Maskın sözlərinə görə, münasib qiymətləri saxlamaq üçün “Tesla” robotların kütləvi istehsalına başlamalı olacaq. İlk növbədə şirkət ilk növbədə istifadəçilərə “humanoid”ləri  icarəyə götürməyi təklif edəcək. “Optimus Gen 2”-nin tam satışı 2028-2030-cu illərdən başlayacaq. (Redaktor.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh