İnsanların texnologiyalara inamı çox aşağıdır – TƏDQİQAT

Edelman adlı konsaltinq agentliyi (Edelman Trust Barometer) tərəfindən 27 ölkəsi üzrə aparılan tədqiqatlar nəticəsində məlum olub ki, istifadəçilər texnologiyalara daha az etimad göstərir.
İlk dəfə olaraq 17 ölkə vətəndaşlarının texnologiyaya etimad səviyyəsi rekord həddə aşağı olub.
ABŞ vətəndaşları dəb, əyləncə və pərakəndə satış sahəsində texnoloji yeniliklərə üstünlük vermədiklərini bildirib.
Qeyd edək ki, 2016-cı ilin statistikasına görə, 22 ölkədən 20-də texnologiyalara yüksək etimad göstərilirdisə, məlum olub ki, hazırda yalnız bir neçə ölkə (İtaliya, Argentina, Braziliya, Cənubi Koreya, İndoneziya, Hindistan və s.) robot əməyinə üstünlük verir.
Analitiklərin fikirlərinə əsasən, pandemiya zamanı texnologiyalar insanlar arasında ünsiyyətin qorunub saxlanmasında vacib rol oynasalar da, onlar virus və vaksinasiya ilə bağlı irimiqyaslı dezinformasiyanın mənbəyi kimi də çıxış ediblər.
Bu səbəbdən də insanlar texnologiyalara daha az inanmağa başlayıblar. (Lent.az)
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












