İnstaqram-a yeni funksiya əlavə ediləcək

"Clubhouse" servisinin məşhurluğunun artması fonunda bir çox sosial şəbəkə öz platformalarında "Clubhouse" funksiyalarını reallaşdırmağa başlayıb. Görünür, İnstaqram da istisna olmayacaq.
Avtosfer.az technote.az-a istinadən xəbər verir ki, bir müddət bundan öncə tərtibatçılar İnstaqrama "Live Rooms" adlı qrup videozənglərini əlavə etmişdilər.
Məlumata görə, indi isə tərtibatçılar "Live Audio Rooms" adlı funksiya üzərində çalışırlar. Bu barədə məlumatı Alessandro Paluzzi adlı datamayner öz Twitter hesabında verib.
Hazırlanan yeni funksiya canlı yayım çərçivəsində istifadəçilərə audiokonfrans keçirmək imkanını verəcək. "Live Audio Rooms" funksiyasının İnstaqramda nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib.
Bundan başqa, tərtibatçılar yaxın zamanda İnstaqramdakı mesajlara "end-to-end" şifrələnmə sistemini əlavə edəcəklər. Bu üsul ilə sayəsində hakerlər mesajları oxuya bilməyəcəklər.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












