Reklam

İnternet haqqında 8 maraqlı fakt - FOTO

Texnologiya 23 Yanvar 2021 19:00 Oxunub 4348
İnternet haqqında 8 maraqlı fakt  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnsanların saatlarla vaxt sərf etdiyi internet mühitinin təxminən 20 illik tarixə sahib olduğunu bilirdinizmi?

Bu geniş mühit haqqında heç eşitmədiyiniz bütün məlumatları Ted.az olaraq sizə çatdırırıq. 
 

İlk göndərilən internet mesajı

 

İnternet üzərindən göndərilən ilk mesaj ARPANET (Advanced Research Projects Office Network) tərəfindən 1969-cu il 26 oktyabr saat 10:30-da göndərilib.

İlk veb-sayt hələ də yayımdadır

1991-ci ildə yaradılan World Wide Web ilk internet saytıdır. Hələ də aktiv olan bu veb-saytın ən böyük xüsusiyyəti bu gün istifadə etdiyimiz domenlərə görə ona borclu olmağımızdır. 

Keçmişdən bu günə qədər olan veb-saytlar

1993-cü ildə virtual aləmdə cəmi 623 veb-sayt mövcud idisə, bu gün onların sayı 3 milyardı keçib.

Keçən ilin məlumatlarına görə ".com" domeni 1 gündə təxminən 100.000 nömrə ilə internet dünyasına daxil edilib.

Veb-saytlarda yüklənmə

Hər gün zamanımızın böyük əksəriyyətini sərf etdiyimiz veb-saytların yüklənmə nisbətlərini idarə etdiyimizi düşünsək də, əslində belə deyil.

Yüklənmənin böyük bir hissəsinin Google botlarından gəldiyini bildirmək vəzifəmizdir. 

İnternet trafikinin yalnız 49%-i insanlar tərəfindən yarandığı halda, bu trafikin daha çoxu videolara sərf olunduğu deyilir.

“Spam yeyirəm” kömək edin

İnternet istifadəçilərinin tez-tez qarşılaşdıqları və özləri üçün xüsusi vəziyyət kimi qəbul etdikləri "Spam yemək" ifadəsini hamınızın eşitdiyinə əminik.

Narahat olmağa əsas yoxdur. Çünki dəqiqədə 204 milyon e-poçt göndərməklə yanaşı, bu poçtların 70%-i spam kimi qəbul edilir.

 

 

Virtual dünyada ən dəhşətli virus

İnternet tarixinin bu günə qədər bir çox virusa məruz qaldığını bilirik. Ancaq bunların ən qorxunc və maddi cəhətdən zərərlisi, fikrimizcə, "İ LOVE YOU" idi.

Filipinli tələbə bir gecədə milyonlarla insanın kompüterinə “girən” virus hazırlamışdı. Kompüterə daxil olarkən şifrələri və istifadəçi adlarını oğurlayan virusun adı olduqca ironik idi.

“I LOVE YOU” adlı virusun maddi ziyanının 10 milyard dollar olduğu təxmin edilir.

 

 

İlk e-ticarət saytı

1994-cü ilin 11 avqustunda Sting-in "Ten Summoner’s Tales" adlı CD-si Netmarketin veb-saytında 12.48 dollara satılıb.

İllər ərzində alış-veriş üçün əvəzolunmaz hala gələn elektron ticarət saytlarının təməli atılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh