İran öz nəqliyyat təyyarəsinin uçuş sınaqlarını həyata keçirib

İranın təyyarə istehsalat şirkəti tərəfindən yığılan “Simurq” nəqliyyat təyyarəsinin uçuş sınaqları keçirilib. Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bunu İranın müdafiə naziri Məhəmməd Aştiani deyib. “Təyyarənin uçuş sınaqları İran mülki aviasiya təşkilatının köməyi ilə həyata keçirilir. Sınaqlardan sonra “Simurq” ölkənin təyyarə parkına daxil ediləcək”, - deyə nazir bildirib. Hazırda bu modeldən olan ikinci təyyarənin yığıldığını deyən Məhəmməd Aştiani laynerin hazırlanması barədə göstərişin mərhum prezident İbrahim Rəisi tərəfindən verildiyini xatırladıb. O, həmçinin təyyarənin bəzi hissələrinin İranda istehsal olunduğunu, digər hissələrinin isə bir sıra xarici ölkələrlə əməkdaşlıq sayəsində əldə edildiyini vurğulayıb.
İRNA agentliyinin məlumatına görə, turbovintli mühərriklə təchiz olunan və saatda 530 kilometr sürətlə uça bilən “Simurq” altı tonadək yükün daşınması üçün nəzərdə tutulub.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












