İri elektron taksi və avtomobillərin icarəsi xidməti İPO-ya hazırlaşır

Çinin ən iri elektron taksi və avtomobillərin icarəsi xidməti Didi Chuxing ABŞ-da IPO-ya (Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsi) çıxır.
Avtosfer.az xəbər verir ki, qeydiyyatdan keçmək üçün sənədləri ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasına (SEC) təqdim edən şirkət ötən il 21,6 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Cari ilin birinci rübündə isə Didi-nin gəlirləri 6,4 milyard dollar (ötən ilin birinci rübü ilə müqayisədə 107% artım), xalis mənfəəti 95 milyon dollar təşkil edib.
Şirkətin ən böyük səhmdarları Yaponiyanın maliyyə nəhəngi SoftBank (21,5%) və digər qlobal taksi xidməti Uberdir (12,8%).
Ötən ilin avqustundakı sonuncu maliyyələşmə raundunda Didi Chuxing SoftBank, Alibaba və Tencent kimi maliyyə-texnoloji investorlardan cəlb etdiyi vəsait hesabına bazar dəyərini 62 milyard dollara çatdırıb.Bloomberg bu il dünyada ən iri texnoloji IPO-lardan olacaq yeni mərhələdə Didi-nin 100 milyard dollar bazar dəyərinə çatmasını proqnozlaşdırır.
TED.az
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












