Kataloniyanın ilk nanopeyki kosmosa buraxılacaq

Martın 20-də Kataloniya kosmik yürüşü başlayacaq.
TED.az xəbər verir ki, ilk nanopeyk Kataloniyanın NewSpace layihəsi çərçivəsində həmin gün yerli vaxtla saat 07:07-də kosmosa buraxılacaq. Jeneralitet (Kataloniya muxtar icmasının ali idarəetmə orqanı) bu layihə vasitəsilə iqtisadiyyatı bərpa etməyi planlaşdırır.
Ən fəal və Kataloniyada rabitənin qismən yaxşılaşdırılması üçün nəzərdə tutulan bu ilk nanopeyk Qazaxıstandakı Baykonur kosmodromundan buraxılacaq. Jeneralitetin rəqəmsal siyasət və dövlət idarəçiliyi üzrə regional naziri Jordi Puçnero bu həftənin çərşənbə günü ilk iki nanopeykin tikintisi və buraxılması ilə bağlı sazişləri imzalayıb. Hökumət bu nanopeykləri Sateliot və Open Cosmos şirkətləri vasitəsilə orbitə çıxaracaq.
Hökumət ikinci nanopeyki 2021-ci ilin sonunda, yaxud 2022-ci ilin əvvəlində buraxmaq niyyətindədir. Kataloniya hökuməti 4 il ərzində bu layihəyə ümumilikdə 18 milyon avro xərcləməyi planlaşdırır.
Yaxın 5 ildə bu növdə 3500-dən artıq peyklərin buraxılması gözlənilir. Beləliklə, bu sahə ildə təqribən 4 milyard avro həcmində mal dövriyyəsinə çatanadək hər il 20 faiz sürətlə artacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











