Kəşfiyyat xidmətləri ən çox bu proqramlardan məlumat götürür - “WhatsApp”, “Apple”...

ABŞ-da kəşfiyyat xidmətlərinin rolunu araşdıran araşdırmaçı jurnalist Kit Klarenberqin hazırladığı hesabatda FTB-yə ən çox məlumat göndərən proqramların "WhatsApp” və "iMessage” olduğu açıqlanıb.
Avtosfer.az xəbər verir ki, "Property of People” qrupunun ortaya çıxardığı gizli Federal Təhqiqat Bürosunun (FTB) sənədi "WhatsApp” və "iMessage” daxil olmaqla 9 fərqli mesajlaşma proqramının kəşfiyyat xidmətinə məlumat verdiyini ortaya çıxarıb.
Sənəd qısa, lakin şokedici təfərrüatlarla FTB-nin orderlər və çağırışlar vasitəsilə müvafiq metaməlumatları təmin etmək qabiliyyətini ortaya qoyub.
"Rolling Stone” tərəfindən əldə edilən sənəd Meta-nın, "WhatsApp”, "Apple”, "iMessage” platformalarının FTB-yə ən çox məlumat verən proqramlar olduğunu göstərir.
FTB-nin Elm və Texnologiya və Əməliyyat Texnologiyaları Bölməsi tərəfindən hazırlanan 7 yanvar 2021-ci il tarixli bu sənəddə bir sıra məşhur mesajlaşma proqramları, onlardan hansı məlumatların çıxarıla biləcəyi və tədqiqatçılar tərəfindən hansı məlumatların mühafizə oluna biləcəyi sadalanmaqdadır.
Sfera.az
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












