Kiberhücumların qarşısını almaq üçün önəmli addım - VİDEO

Real həyatda təhlükəsizliyimizin önəmli olması kimi virtual aləmdə də bu ən önəmli məsələlərdən biridir. Bütün dünyada olduğu kimi ölkəmizdə də kibercinayətkarlığa qarşı mübarizə tədbirləri genişəndirilir. Bu məqsədlə artıq assosiasiya da təsis edilib. Ekspertlər deyirlər ki, yeni assosiasiya kibertəhlükəsizliyin gücləndirilməsi üçün səmərəli bir platforma olacaq.
Ölkənin milli maraqlarının qorunmasında Kibertəhlükəsizlik önəmli yerlərdən birini tutur. Bunu İKT eksperti Osman Gündüz deyib. Ekspert bildirib ki, ölkəmizdə artıq bir çox sahələr internetə inteqrasiya olunub. Müasir dünyada informasiya sistemlərinin qorunması mühüm əhəmiyyət kəsb edir. Ekspert vurğulayıb ki, Azərbaycan kibercinayətkarlıqla bağlı konvensiyalara da qoşulub. Osman Gündüz bildirib ki, kiberhücumlarla bağlı problemlər bütün dünyada yaşanır. Müxtəlif ölkələrdə dövlət qurumlarının informasiya sistemi dağıdılaraq məlumatlar oğurlanır. Son dövrlər ölkəmizdə də belə neqativ halların qarşısını almaq üçün mübarizə tədbirləri gücləndirilib. Ekspert deyir ki, Azərbaycanda yeni yaradılan assosiasiya kibercinayətkarlığa qarşı mübarizə imkanlarını daha da genişləndirəcək. Ekspert əlavə edib ki, assosiasiya bu sahədə yeni təkliflərin hazırlanıb hökümətə təqdim edilməsində mühüm rol oynayacaq. Yeni qurum ən son texnoloji yenilikləri tətbiq edəcək.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












