Köhnə telefonların saxlanma qaydaları

Köhnə smartfondan uzun müddət yararlanmaq üçün, cihazın ömrünü uzadan şərait yaradılmalıdır.
Rusiyanın "Roskaçestvo" təşklatının rəqəmsal məhsullarının sınaqdan keçirilməsi üzrə baş mütəxəssisi Sergey Kuzmenko cihazların işləmə müddətini artıran, onların saxlanması qaydaları barədə danışıb.
Ucnoqta.az deyerler.org-a istinadən bildirir ki, mütəxəssis ilk növbədə telefonu, batareyası tamamilə boşalmış vəziyyətdə saxlamamağı tövsiyə edir: "Uzun müddət ərzində tamamilə boşalmış halda qalmış batareya işləməyəcək". Bundan əlavə, cihazı 50-80% enerji yığmış halda bir neçə ay qalsa zərər görməyəcək. Kuzmenko, həmçinin telefonların və digər cihazların 100% enerji yığmasının vacib olduğu mifi də təkzib edib.
"Əksər hallarda litium-ion və ya litium-polimer batareyalardan istifadə olunur ki, buna texniki cəhətdən ehtiyac duyulmur", - ekspert qeyd edib. Bununla belə, batareyanı sıfıra qədər tamamilə boşaltmaqdan çəkinmək lazımdır. Mütəxəssisin dediynə görə, telefonu istiliyin çox yüksək və ya əksinə, çox aşağı olduğu yerlərdən saxlamqdan çəkinmək lazımdır. Eyni zamanda telefonun uzun müddət günəş işığına məruz qalması yolverilməzdir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












