Köhnə “Windows” versiyaları məcburi yenilənəcək

"Microsoft" korporasiyası istifadəçilərin istəyinə qarşı olaraq "Windows" əməliyyat sisteminin köhnə versiyalarını yeniləyəcək. Bu barədə "Windows Latest" nəşrinin korporasiyanın materiallarına istinadən məlumatında deyilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, "Microsoft" korporasiyası "Windows 10" əməliyyat sistemini 1909 və 2004 versiyalarınadək məcburi yeniləməyə başlayıb. Bir müddət əvvəl korporasiya tərəfindən sistemin 1903, "Windows 10 Home" və "10 Pro" versiyalarının dəstəklənməsi dayandırılıb. Jurnalistlərin sözlərinə görə, korporasiya tərəfindən yeniləmə dövrləri barədə iki ay əvvəl xəbərdarlıq edildiyindən bu, istifadəçilərin narahatlığına səbəb olmamalıdır. Bununla yanaşı, korporasiya nümayəndələri qeyd edib ki, əməliyyat sistemi bir sıra lisenziyalı nüsxə sahiblərinin istəyinin əleyhinə olaraq yenilənəcək. Onların sözlərinə görə, "Windows 10" sisteminin 1903 versiyasının istifadəçiləri 1909, 1909 versiyasının isə 2004 versiyasına keçiriləcək. Əməliyyat sisteminin yeniləməsi 2020-ci ilin sonunda başa çatacaq.
Nasazlıq və fasilələrin aradan qaldırılması məqsədilə kompüter sahiblərinə əməliyyat sistemini aktual versiyalaradək müstəqil yeniləmək tövsiyə olunur. Bunun üçün qurğuda "Windows yeniləmə mərkəzi"nə daxil olaraq aktual yeniləməni seçmək tələb olunur.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










