Koronavirusu məhv edən ROBOT YARADILDI

İsveçrədə ultrabənövşəyi şüalanma vasitəsilə bütün mikrobları məhv edən aparat ixtira olunub. Çoxları onu koronavirusu məhv edən robot adlandırır. Əslində aparat təyyarə salonlarının təmizlənilməsi üçün nəzərdə tutulub. Bu qurğu ilə bir hava gəmisinin dezinfeksiyasına təxminən 13 dəqiqə tələb olunur.
Prosesdə hər şey avtomatlaşdırıldığından insanla təmas mövcud deyil. Hazırda sonuncu sınaqlar keçirilir. İstehsalçılar şüalanmanın oturacaqları korlamadığına əmin olmaq istəyirlər. "Biz aparatı işə salaraq onu təyyarədə qoyuruq. O, dezinfeksiya aparır və iş başa çatdıqdan sonra avtomatik dayanır. İnsan və texnika arasında təmas olmur. Səyahətçilər üçün əhəmiyyətli olan odur ki, kreslolarda kimyəvi maddələrin izi qalmasın, daxildə tam təmizlikdir", – tərtibatçı şirkətin həmtəsisçisi Codok Elmiger bildirib. ("ICTnews")
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











