Kosmik fırtınalar zamanı peykləri qorumaq üçün "işıqfor" hazırlandı

Potsdamdakı Alman Yer Elmləri Araşdırma Mərkəzinin alimləri kosmik fırtınalar zamanı peyklərin hərəkətini tənzimləmək üçün “PAGER” adlı alqoritm hazırlayıblar. O, təhlükə səviyyəsindən asılı olaraq rəng kodlarını tətbiq etməklə "işıqfor" prinsipi ilə işləyir.
Avtosfer.az “Qaynarinfo”a istinadən xəbər verir ki, tədqiqat "Horizon" elmi jurnalında dərc olunub.
Geomaqnit qasırğası Günəşdə güclü püskürmə planetimizin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda baş verir. Günəş küləyi hissəcikləri maqnitosferin daxilində qızır və peyklər üçün təhlükəli olur.
Cihazların əksəriyyəti planetimizin radiasiya kəmərlərində yerləşir ki, bu da günəş emissiyaları səbəbindən orbital texnologiya üçün çətin mühitə çevrilir.
“PAGER” peyk operatorlarına kosmosdakı mövcud vəziyyət haqqında siqnal verir. Qırmızı kod cihazları qoruyucu rejimə keçirməyin zəruriliyini göstərir. Sarı kod mümkün təhlükə barədə xəbərdarlıq edir, yaşıl isə təhlükəsiz vəziyyətə işarə edir.
Sistemin proqnozları Almaniyanın Geologiya Elmləri Tədqiqat Mərkəzinin kompüterləri tərəfindən həyata keçirilir. Alqoritmin dəqiqliyi 80% qiymətləndirilib.
Komanda hazırda maşın öyrənməsindən istifadə edərək və kosmik mühit haqqında daha çox məlumat toplayaraq “PAGER”i təkmilləşdirir.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












