Kosmik teleskop üçün ən güclü kamera təqdim edilib

ABŞ-dan olan mühəndislər LSST teleskopu üçün 3,2 qiqapiksellik kameranın yığılmasını başa çatdırıblar. Bu kamera dünyanın ən güclü aparatı olacaq və elm adamlarına Kainatın qaranlıq hissələrindən ən aydın və ətraflı foto və videomateriallar əldə etməyə imkan verəcək.
Yeni kamera o qədər detallı şəkillər çəkə bilir ki, siz onun vasitəsilə 25 kilometr uzaqlıqda qolf topunu belə görə bilərsiniz. Üstəlik, o, Ayın diametrindən bir neçə dəfə böyük olan geniş kosmos sahələrini əhatə edə bilər.
ABŞ-ın SLAC Milli Sürətləndirici Laboratoriyasının professoru Aaron Rudman deyir: “Bu kamera bizə milyardlarla ulduz və qalaktikaları görməyə, Kainatın sirlərini açmağa imkan verəcək”.
Hazırlanmış kamera nəhəng bir cihazdır. Onun çəkisi təxminən 3 tondur və ölçüsünə görə minik avtomobili ilə müqayisə edilə bilər. Kameranın ön obyektivinin diametri rekord ölçüdə - 1,5 metrdir, sensoru isə 201 CCD massivindən ibarətdir.
Bu kameranın yaradılması prosesi 20 ildən çox davam edib. Alimlər onun LSST teleskopunda quraşdırıldıqdan sonra ən azı 10 il işləyəcəyini gözləyirlər.
Astronomlar qeyd ediblər ki, bu kamera ilə əldə edilən məlumatlar elm adamlarına qaranlıq maddənin və qaranlıq enerjinin təbiətini öyrənmək, qalaktikaların işığı necə əydiyini müşahidə etmək, Günəş sistemindəki asteroidlərin daha dolğun kataloqunu tərtib etməkdə kömək edəcək.
Kameranın quraşdırılacağı LSST teleskopu ən böyük yerüstü araşdırma cihazıdır. O, səmanın nəhəng sahələrinin şəkillərini çəkməyə imkan verəcək rekord miqyasda baxış sahəsinə malikdir.
LSST teleskopunun hazırlanmasına 2015-ci ildə başlanılıb və 2025-ci ilə qədər tamamlanacağı gözlənilir. (Azərtac)
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











