Kosmonavt olmayan 4 turist kosmosa göndərildi - VİDEO

SpaceX şirkəti ilk dəfə olaraq xüsusi təlim keçmiş kosmonavtın iştirakı olmadan 4 nəfər şəxsi Yer kürəsinin orbitinə göndərib.
Avtosfer.az “technote”a istinadən xəbər verir ki, uçuş prosesinə uzaqdan idarə vasitəsilə nəzarət ediləcək.
“Inspiration 4” adını əldə etmiş bu uçuş missiyasının heyətinə 4 nəfər daxil olub. Onlardan biri milyarder Jared İsaacmandır. O, “Shift4 Payments” şirkətinin yaradıcısıdır. Jared, həmçinin, smissiyanın heyətinə daxil olan digər 3 şəxsin uçuş ödənişlərini reallaşdırıb.
Heyətin digər üzvlərinə həkim assistantı Hayley Arceneauks, ABŞ-ın Hərbi Hava Qüvvələrinin veteranı Kris Sembroski və geoloq Sian Proktor daxildir.
Maraqlısı ondadır ki, kosmik gəminin sərnişin kapsulu təkrar istifadə edilir. Belə ki, 1 il bundan öncə 4 nəfər astronavt həmin kapsul vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşüb.
Turistləri 3 gün ərzində 575 km yüksəklikdə qalacaqlar. Bu, bir neçə müddət bundan öncə Riçard Bransonla Jeff Bezosun əldə etdikləri yüksəklik göstəricilərindən qat-qat çoxdur.
Riçard Branson 90 km yüksəkliyə, Jeff Bezos isə 107 km yüksəkliyə qalxa bilmişdi.
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI










