Kosmosa hava şarı ilə səyahət - 125 min dollara

Kosmik turizm şirkəti “Space Perspective” insanları Yerdən 32 kilometr hündürlüyə qaldıracaq hava şarının inşasını tamamlayaraq ilk sınaq uçuşunu həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, səyahətin qiyməti 125 min dollar olaraq müəyyən edilib və uçuşların bu ilin sonunda başlaması planlaşdırılır.
Həyəcan axtarışında olanlar 125 min dollar dəyərində bilet alaraq nəhəng bir şarda kosmosun ucqar nöqtələrinə səyahət edə biləcəklər.
Şirkət həmçinin vurğulayıb ki, raketlərdən fərqli olaraq, onların inşa etdiyi kapsullar yerdən daha yavaş və daha yumşaq şəkildə ayrılacaq.
Sözgedən səfərin altı saat çəkəcəyi bildirilir. Kapsulun daxili hissəsi həm geniş, həm də rahatdır və 8 müştəri ilə bir kapitanı daşıyacaq.
Kapsulda bar, Wi-Fi və sərnişinlər üçün tualet olacaq.


Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












