Kosmosda kinostudiya tikiləcək

"Space Entertainment Enterprise" şirkət kosmosda "SEE-1" adlı film studiyası kimi fəaliyyət göstərəcək stansiya inşa etməyi planlaşdırır.
TED.az "technote"a istinadən xəbər verir ki, kosmik stansiyada film çəkilişlərinin, canlı yayımların və idman yarışları, musiqi müsabiqələrinin yayımlarının reallaşdırılması nəzərdə tutulub.
Kosmik stansiya aşağı orbitdə və çəkisizlik şəraitində kontent yaratmaq istəyən bütün rəssamlar, prodüsserlər və kreativ insanlar üçün açıq olacaq.
Kosmik stansiya modulunun hazırlanması prosesinə "Axiom Space" adlı şirkət cəlb ediləcək.
Qeyd edək ki, sözügedən şirkət BKS (Beynəlxalq Kosmik Stansiya) üçün kommersiya məqsədli komponentlərin hazırlanması üzrə bu ay NASA-dan icazə alıb.
SEE-1 kosmik stansiyası "Axiom Space" şirkətinin "Axiom Station" adlı kommeriya məqsədli şöbəsi ilə əlaqəli olacaq. Şöbə kommersiya məqsədli digər müəssisələri də özündə birləşdirəcək. Bura, həmçinin, kosmik turizm sahəsi də daxil olacaq.
Beləliklə, "Axiom Station" dünyanın ilk kommersiya məqsədli kosmik stansiyası olacaq. Baza infrastrukturu kimi yaradılacaq bu kosmik stansiya Yer kürəsinin orbitində müxtəlif iqtisadi xidmətləri təklif edəcək.
"Space Entertainment Enterprise" şirkətinin həmtəsisçiləri olan Dmitri Lesnevski və Elena Lesnevski sözügedən innovasiyalı infrastrukturun maliyyələşdirilməsi üçün vəsait toplama prosesinə start verməyi planlaşdırırlar.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












