Kosmosda və Ayda forpostlar quraşdırılacaq

Çin Kosmik Agentliyi bildirib ki, cümə günü Çin ilə Tailand arasında kosmosdan dinc məqsədlərlə istifadə və beynəlxalq Ay tədqiqat stansiyaları üzrə əməkdaşlığa dair ilkin paktlar imzalanıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, iki ölkənin imzaladığı anlaşma memorandumlarına uyğun olaraq, məlumat mübadiləsi və kadr hazırlığını əhatə edən kosmik tədqiqatlar və tətbiqlər üzrə birgə işçi qrupu yaradılır.
Çin Milli Kosmik Administrasiyasının (CNSA) bəyanatında deyilir ki, iki ölkə, həmçinin Ay tədqiqat stansiyalarının qiymətləndirilməsi, mühəndisliyi və idarə edilməsi planları üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Agentlik əlavə edib ki, Çin 2023-cü ildə “Chang'e-7” Ay zond missiyası üçün Tailand tərəfindən hazırlanmış kosmik hava monitorunu seçib.
Təxminən 2026-cı ildə işə salınacaq “Chang'e-7” missiyası Ayın cənub qütbündəki resursları tədqiq edəcək və Yerin təbii peykində insanların uzunmüddətli yaşayışını təmin edəcək. Çin 2030-cu ilə qədər Aya astronavt göndərməyi hədəfləyir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












