Lynk & Co 06 krossoveri yenilənib - FOTO

Çinin Geely konserninə məxsus Lynk & Co markası 06 krossoverinin yenilənmiş variantını təqdim edib. Brendin model cərgəsindəki ən ucuz və yığcam model olan 06 krossoverinin yenilənmiş versiyası Remix indeksini alıb. Yüngül feysliftdən keçmiş krossover münasib qiymətə də sahib olub: onun Çindəki satış qiyməti 118.600 yuandan (29.100 manat) başlayır.
Lynk & Co 06 Remix modelinin təchizatına rəqəmsal cihazlar paneli və brendin firma xidmətlərinə qoşulmuş multimedia sisteminin 12,3-düymlük displey-planşeti, həmçinin əvvəlcədən quraşdırılmış Çin WeChat və TikTok tətbiqləri daxildir.
Salonda güclü yan dəstəkləri olan oturacaqlar və çoxfunksiyalı sükan çarxı var, ötürmələr isə, kiçik coystik vasitəsilə həyata keçirilir. Bundan əlavə, krossoverin avadanlıq siyahısında məsafədən parkinq funksiyası və geriyə hərəkət zamanı yardım edən sistem də daxil olmaqla, 21 ədəd elektron köməkçi var.
06 Remix iki versiyada təklif olunur. Başlanğıc versiyası 181 at qüvvəsi və 290 Nm fırlanma anı hasil edən 1,5-litrlik daxili yanma mühərriki və iki muftalı yeddi pilləli “robot” ilə təchiz olunur. Eyni 1,5-litrlik mühərrikə əsaslanan plagin hibrid versiyası da var. Plagin hibridin ümumi gücü 260 at qüvvəsidir, 15,5 kilovat-saatlıq litium batareyası isə, enerji yüklləmədən 84 kilometr məsafə qət etməyə imkan verir.
06 Remix modeli Geely Coolray krossoverindən tanış olan BMA (B-segment Modular Architecture) platformasına əsaslanır. Lynk & Co 06 Remix ölçülərinə görə Coolray modelindən bir qədər böyükdür: onun uzunluğu 4340 millimetr (+10), eni - 1820 millimetr (+20), hündürlüyü is 1625 millimetrə (+16) çatır. Təkər bazasının ölçüsü 2640 millimetr (+40) təşkil edir.
Geely markası Azərbaycanda təmsil olunsa da, Lynk & Co markasından olan avtomobillər bizim bazarda təklif edilmirlər.


İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











