"Made in Azerbaijan" minatəmizləmə maşını əməliyyatlara cəlb olunacaq - FOTO

"Made in Azerbaijan" brendi altında istehsal olunan daha iki ədəd mexaniki minatəmizləmə maşını işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Bu barədə Avtosfer.az-a ANAMA-dan məlumat verilib.
Qeyd edilib ki, minatəmizləmə maşınları "Improtex Industry" Şirkətlər Qrupunun istehsalıdır.
Bildirilib ki, Bakı Ekspo Mərkəzində keçirilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2024” sərgisində mexaniki minatəmizləmə maşınlarının Agentliyə təqdim edilməsinə həsr olunan mərasim keçirilib.
“Revival P” və “Revival T” - piyada və tank əleyhinə mexaniki minatəmizləmə maşınları Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biri olan “Agro Dairy” tərəfindən Agentliyə ianə edilib.
Təqdimat mərasimində Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov, “Improtex Industry” şirkətlər qrupunun baş direktoru Fərid Abdullayev, “Agro Dairy” şirkətinin icraçı direktoru Niyazi Əmirbəyov, eləcə də bir sıra şirkətlərin rəsmiləri iştirak edib.
Təqdimat mərasimi çərçivəsində nümayəndə heyəti Agentliyin ADEX 2024 sərgisində təmsil olunduğu stendi ziyarət edərək, işğaldan azad edilmiş ərazilərdə icra edilən fəaliyyət, interaktiv xəritə üzərindən minatəmizləmə göstəriciləri, əməliyyatlar zamanı istifadə olunan alət və avadanlıqlar, azad edilmiş ərazilərdə əməliyyatlar zamanı aşkar olunan partlayıcı sursat nümunələri, eləcə də minatəmizləmə fəaliyyətini əyani şəkildə əks etdirən imitasiya sahəsi ilə tanış olublar.
Qeyd edək ki, beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə maşınları piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir.
Təqdimat mərasiminin sonunda mexaniki minatəmizləmə maşınlarının sertifikatı Agentliyə təqdim edilib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO












