Makronu qorxuya salan "cəsus proqram" AZƏRBAYCANDA

İsrailin “NSO Group” şirkətinin işləyib hazırladığı “Pegasus” cəsus proqramı Fransa prezidenti Emmanuel Makronu da təşvişə salıb. Belə ki, o, cəsus proqramının qorxusundan telefonunu və nömrəsini dəyişib.
Makronun beynəlxalq qadağan olunmuş casus proqramını iləziləndiyini bildikdən sonra milli təhlükəsizlik şurasını iclasını çağırıb. Məlum olub ki, casus proqramı habelə keçmiş baş nazir Eduard Filipin, hökumət rəsmiləri və jurnalistlər də daxil olmaqla 100-dən çox insanın telefonlarına hücum etməyə başlayıb.
17 media qurumunun apardığı araşdırmada, "NSO Group"a aid casus proqramdan qlobal olaraq geniş və zərərli məqsədlər üçün istifadə edildiyi qeyd olunub.
Həmçinin də, Bəhreyn, Qazaxıstan, Meksika, Mərakeş, Azərbaycan, Ruanda , Səudiyyə Ərəbistanı, Macarıstan, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxil olmaqla ən azı 10 hökumətin "NSO Group"un müştəriləri olduğu iddia edilib. Casus proqramı olan “Pegasus” aktivistləri, jurnalistləri, hüquqşünasları və siyasətçiləri hədəf almaq üçün hökumətlərə satıldığı bildirilir.
Məlumatda bildirilir ki, Ruanda, İsrail, Hindistan və Macarıstan "Pegasus"dan istifadə etdikləri iddialarını rədd edib. Lakin Azərbaycan, Bəhreyn, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Meksika və BƏƏ hökumətləri hələ də iddialara cavab verməyiblər.
Pegasus nədir?
"Pegasus" iPhone və Android cihazlarına yoluxur və operatorlara mesajlar, fotoşəkillər və e-poçtlar çıxarmaq, zəngləri qeyd etmək və mikrofonları gizlicə aktivləşdirmək imkanı verir.
İsrail şirkətinin hazırladığı "Pegasus" casus proqramından onu alan "bəzi avtoritar dövlətlər"in ictimai-siyasi fəallar, jurnalistlər, iş adamları və siyasətçilər daxil olmaqla çoxlu adamı izləmək üçün istifadə etdiyi iddia olunur.
Unikal.org
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











