"Marsda həyat varmı?" sualının cavabı yaxın vaxtlarda bəlli olacaq – NASA-dan MÜHÜM KƏŞF

Amerika Aeronavtika və Kosmik Agentliyinin (NASA) kəşfiyyat aparatı "Perseverance" Mars planetində həyatın mövcud ola biləcəyinə dair ən böyük sübut olan üzvi maddəni kəşf edib.
Sfera.az xəbər verir ki, "Perseverance" Marsda son bir il yarım ərzində çoxsaylı nümunələr haqqında məlumatları toplayıb və təhlil edib.
Vaxtının çox hissəsini "Jezero Krateri" adlı qədim göl yatağının kəşfinə sərf edən aparatın əsas vəzifəsi milyardlarla il əvvəl mövcud ola biləcək mikrob həyatının əlamətlərini tapmaq olub. Bunun üçün əsas yer hesab edilən 45 kvadrat kilometrlik ərazidə süxurlar və onların strukturları tədqiq edilib.
NASA bildirib ki, Marsda "Jezero Krateri"ni tədqiq edən “Perseverance” toplanan nümunələrdə üzvi maddələrdən ibarət "xəzinə" tapıb. Fevral ayında Marsa eniş edən “Perseverance”nin iyulun 7-dən etibarən köhnə çay deltasından 4 nümunə topladığı və əldə etdiyi qaya nümunələrinin ümumi sayını 12-yə çatdırdığı bildirilib.
NASA alimləri bildirir ki, qaya nümunəsində aşkar edilən üzvi maddələr sonuncu dəfə 3,5 milyard il əvvəl bu planetdə yaşayış üçün əlverişli mühit olduğunu göstərib. Kaliforniya Texnologiya İnstitutunun “Perseverance” eksperti Ken Farley söyləyib ki, deltada tədqiq edikləri qayalarda ən yüksək üzvi maddə konsentrasiyası aşkar olunub. NASA-nın elmi rəhbəri Tomas Zurbuçen, sözügedən kəşf ilə "Marsda həyat varmı?" sualına cavab tapacaqlarını bildirib.
O deyib ki, elm adamları daha əvvəl Marsda üzvi maddələr tapmışdı. Ancaq bu dəfə kəşf edilən üzvi maddələr daha əhəmiyyətlidir. Çünki həmin maddələr keçmişdə həyatın mövcud ola biləcəyi bir bölgədə aşkarlanıb.
Bununla belə elmi rəhbər etiraf edib ki, başqa planetdə həyatın olduğunu sübut etmək çox çətindir:
“Bunun üçün Mars süxurlarını yaxından və Yer laboratoriyalarında özümüz tədqiq etməliyik. NASA-nın 2030-cu ildə “Perseverance”nin nümunələrini əldə etmək planı var. Hər şey yaxşı olarsa, bu nümunələr 2033-cü ildə Yerə göndərilə bilər”.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










