Marsda şəhər yaradılır

Mars planetində insanların daimi yaşaması artıq onilliyin sonunda mümkün olacaq.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın tanınmış mühəndisi, "Mars cəmiyyəti"nin prezidenti Robert Zubrin bildirib.
O, qeyd edib ki, qırmızı planetdə ilk milyonluq şəhər 2100-cü ildə yaradıla bilər.
Ekspert Amerika sahibkarı İlon Maskın 2026-cı ildə Marsa uçuşlara başlamaq planlarını qiymətləndirib. Zubrinin sözlərinə görə, bu cür uçuşlar 2030-cu ilədək mümkün olacaq, lakin bundan əvvəl Mask yük gəmisi olan “Starship” gəmilərini Marsa göndərə və bazanın avtomatlaşdırılmış tikintisinə başlaya biləcək.
“Bu vaxta qədər Marsa min nəfər göndərə bilərik, onlar daha çox insanın dolanışığını təmin edə bilmək üçün Marsda sənaye və kənd təsərrüfatı imkanları yaradacaqlar”, - Zubrin deyib./report
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










