Marsdan fotolar əldə edilib

ABŞ-ın Marsa yolladığı “Perseverance” səyyar tədqiqat aparatının səthə endikdən sonra Yerə göndərdiyi fotolar NASA-nın (Milli Aeronavtika və Fəza Agentliyi) tvitter səhifəsində yerləşdirilib.
Şəkillərdən birində Mars səthinin torpağı, digərində üfüqədək geniş mənzərəsi, üçüncüsündə isə “Perseverance” Marsa enmə ərəfəsində əks olunub.
Qeyd edək ki, NASA-nın Kaliforniyadakı laboratoriyasında qabaqcıl texnologiyalar əsasında hazırlanan “Perseverance” 10 x 9 x 8 fut ölçülərinə, bir tonadək çəkiyə malikdir, 20-dək kamera, kimyəvi analiz cihazı və süxur götürmək üçün qurğu ilə təchiz olunub. Ötən il iyulun 30-da “Atlas V” raketi vasitəsilə fəzaya çıxarılan “Perseverance” 293 milyon mil məsafə qət edərək fevralın 18-də Marsın şimal yarımkürəsində yerləşən 28 millik Yezero kraterinə enib. NASA ekspertlərinin fikrincə, keçmişdə çay mənsəbi olmuş həmin ərazidə su və orqanik nümunələrinin tapılması ehtimalı yüksəkdir. Bu cihazın qarşıdakı iki il ərzində Marsda çalışdırılması nəzərdə tutulur.
Bütövlükdə “Perseverance”ın hazırlanaraq göndərilməsi 2,4 milyard dollara, Marsa enərək səthində idarə olunması isə 300 milyon dollara başa gəlib./report
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












